24 Sentyabr 2020 , Cümə axşamı
Ana səhifə / ARİ İB-yə üzvlük

ARİ İB-yə üzvlük

Birliyin təsisçiləri və üzvləri, onların hüquq və vəzifələri

  • Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilər.
  • Azərbaycan Respublikasında hər bir fikizi və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də birliyin üzvü hesab olunurlar.
  • Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.
  • Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

Birlik üzvlərinin hüquqları: 

  • Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
  • Birliyin hər hansı seçki, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
  • Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
  • Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
  • Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
  • Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək;
  • Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

Birlik üzvlərinin vəzifələri:

  • Birliyin Nizamnaməsinə əməl etmək;
  • Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək;
  • Nizamnamə tələblərinə riayət etmək;
  • Birliyin tədbirlərində iştirak etmək.

Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

  • Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
  • Birliyin üzvlüyündən çıxarıldıqda:
  1. Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
  2. Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
  3. Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.