23 Sentyabr 2020 , Çərşənbə
Ana səhifə / Press-reliz / “ATV Qalereya”da “20 Yanvar” şəhidlərinə həsr olunmuş sərgi

“ATV Qalereya”da “20 Yanvar” şəhidlərinə həsr olunmuş sərgi

Yanvarın 19-da Azad Azərbaycan Televiziyası və Azad Reklamçılar İttiffaqı İctimai Birliyi tərəfindən “ATV QALEREYA”da “20 Yanvar” şəhidlərinin anımına həsr olunmuş sərgi təşkil edildi. Sərgidə əlliyə yaxın rəssamın əsərləri nümayiş olunurdu. Sərgidə Mili Məclisin deputatları, ziyalılar və mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə “Azad Azərbaycan” Teleradio Şirkətinin Bədii Şurasının sədri əməkdar jurnalist, prof.Etibar Babayev açaraq bildirdi ki, qanlı yanvar tarixindən 28 il keçsə də, bu yara hələ də insanların qəlbində sağalmır.

Tədbirdə çıxış edən digər natiqlər – Azərbaycan Reklamçılar İttiffaqı İctimai Birliyinin sədri, prof.  Haçı Əmi Atakişiyev, Milli Məclisinin deputatları Jalə Əliyeva, Əli Məsimli, Azərbaycan xalq rəssamı, prof. Arif Hüseynov 20 Yanvar günü xalqımıza qarşı olan amansız soyqırımdan, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırlmasından və bu günün hüzn günü deyil, yaddaşımızın təzələnməsi, qəhrəmanlıq tarixi günü kimi yaddaşlarda yaşamasının zəruriliyindən danışdılar.

Sonra sərgilənən plakatlara baxış kecirildi və bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulandı.

Sərgidən foto və video materialları təqdim edirik.

Həmçinin oxuyun

Reklamçılar İttifaqının prezidenti Hacı Əmi Atakişiyev vəfat etdi- VİDEO

Reklam işinin memarı Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacı Əmi Atakişiyev 68 yaşında böyrək çatışmazlığından vəfat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir