Ana səhifə / Reklam haqqında fərman / Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı – 16 sentyabr 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı – 16 sentyabr 2015-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 704; 2003, № 10, maddə 563; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69; 2008, № 1, maddə 8; 2012, № 11, maddə 1082; 2013, № 5, maddə 497; 2014, № 9, maddələr 1027, 1067, № 10, maddə 1185) ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.4-cü bəndə “sənədlərinə əsasən” sözlərindən sonra “dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazidə, onların mühafizə zonasında və abidələrin üzərində reklam və digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə” sözləri əlavə edilsin.

2. 2.9-cu bənddə “,dövlət orqanlarının binalarının, məscid və ibadətgahların ərazilərində reklam daşıyıcılarının yerləşdirilməsinə yol verilmir. Memarlıq” sözləri “memarlıq” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il.

Həmçinin oxuyun

“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 mart tarixli 326 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı – 02 sentyabr 2014-cü il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Prezidentinin 1997-ci …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir