Ana səhifə / Reklam haqqında fərman / Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı – 24 avqust 2002-ci il

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı – 24 avqust 2002-ci il

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə əlaqədar qərara alıram:

  1. (Qüvvədən düşüb) [1]
  2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli, 644 nömrəli Fərmanının 3-cü bəndinin yeddinci abzasında “3-cü və 4-cü bəndlərində” sözləri “və 3-cü bəndində” sözləri ilə əvəz edilsin.
  3. “Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə, İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Sosial sığortaya və məşğulluq fonduna ayırmaların normativləri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli, 724 nömrəli Fərmanının 2-ci bəndinin birinci abzası qüvvədən düşmüş hesab edilsin.
  4. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli, 761 nömrəli Fərmanının 2-ci bəndinin ikinci, üçüncü və beşinci abzaslarında “Yetkinlik yaşına çatmamışların işləri” sözləri “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” sözləri ilə əvəz edilsin.
  5. “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli, 90 nömrəli Fərmanının 6-cı bəndində “Ticarət Nazirliyi” sözləri “yerli icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilsin.
  6. Azərbaycan Respublikası Prezidentinin 1999-cü il 13 fevral tarixli, 103 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 6-cı bəndində aşağıdakı dəyişikliklər edilsin:
    doqquzuncu abzasda “akt” sözü “protokol” sözü ilə əvəz edilsin;
    onuncu abzasda “akt” sözü “protokol” sözü ilə və “müddətini göstərməklə lisenziya sahibinə xəbərdarlıq etmək” sözləri “qanunvericiliklə nəzərdə tutulan tədbirlər görmək” sözləri ilə əvəz edilsin.
  7. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli, 127 nömrəli Fərmanının 2-ci abzası çıxarılsın.
  8. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 188 nömrəli Fərmanının 2-ci bəndinin beşinci abzasında “Yetkinlik yaşına çatmamışların işləri” sözləri “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” sözləri ilə əvəz edilsin.
  9. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanları və sərəncamları qüvvədən düşmüş hesab edilsin:
  10. 1) “Damazlıq işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 26 fevral tarixli, 554 nömrəli Fərmanı;

    2) “Bitki karantini haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 26 fevral tarixli, 555 nömrəli Fərmanı;

    3) “Bitki mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli, 603 nömrəli Fərmanı;

    4) “İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 6 mart 1998-ci il tarixli, 454-IQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 may tarixli, 704 nömrəli Fərmanı;

  1. (Çıxarılıb) [2]

6) “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 175 nömrəli Fərmanı;

7) “Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 19 avqust tarixli, 181 nömrəli Fərmanı;

8) “Tender haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar inzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 295 nömrəli Fərmanı;

9) “İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli, 444 nömrəli Sərəncamı.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2002-ci il
№ 767

Həmçinin oxuyun

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı – 14 iyul 2015-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir