25 Noyabr 2020 , Çərşənbə

Baş sağlığı

Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində dünyasını dəyişib.

Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir.

Səmimi insan Fəttah Heydərovun xatirəsi onu tanıyanlar tərəfindən hörmətlə anılır.

“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyi mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!.

Həmçinin oxuyun

Azərbaycan reklam bazarını 1 milyard 250 milyon manata qaldırmaq mümkündür

Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev: “Azərbaycan reklam bazarını 1 milyard 250 milyon manata qaldırmaq mümkündür” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir