24 Sentyabr 2020 , Cümə axşamı
Ana səhifə / Məqsəd və vəzifələr:

Məqsəd və vəzifələr:

  • Reklam sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yardım etmək;
  • İqtisadi və sosial inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
  • Reklam işinin inkişafına dəstək vermək;
  • Müvafiq sahədə təcrübəni öyrənmək;
  • Elmi araşdırmalar aparmaq, müxtəlif kurs və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək;
  • Ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurub, onlarla birlikdə layihələr həyata keçirmək;
  • Məqsəd və fəaliyyəti haqda məlumatı sərbəst yayıb, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrləri təsis etmək;
  • Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;
  • Kütləvi informasiya vasitələri, kino radio telereklam, bədii xarici reklam, vitrin və mağaza daxili reklam, nəqliyyatda reklam, sərgilər və digər nümayişlərdə reklam, töhvə və hədiyyələr, çap və poçt reklamı sahəsində peşəkar reklam fəaliyyəti ilə məşğul olan şəxs və kollektivlərin ictimai birliyi olmaqla, onların işlərini əlaqələndirmək;
  • Azərbaycan istehlak bazarında yaranmış reklam təcrübəsini öyrənib, təhlil etmək, yüksək ixtisaslı mütəxəssislər tərəfindən qazanılmış təcrübəni ümumiləşdirib əməli fəaliyyət üçün tövsiyyələr vermək;
  • Beynəlxalq Reklamçılar Assosasiyasına üzv olmaq, yerli reklam şirkətlərinin dünya reklam bankına və informasiya mərkəzlərinə daxil olmalarına imkan yaratmaq;
  • İşini müasir beynəlxalq təcrübəyə üyğun qurmaqla, Azərbaycan istehlak bazarını, sivil milli Azərbaycan Dövlətini dünyada tanıtmaqla xarici istehsal korporasiya və şirkətlərinin diqqətlərini respublikaya yönəltmək;
  • Azərbaycanda reklam sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikası “Təhsil qanunu”nun tələbləri daxilində tədris müəssisəsi yaratmaq;

Gündəlik mədəniyyətin ayrılmaz tərkib hissəsi olan reklam fəaliyyətini Azərbaycanın bütün regionlarında yaymaq.