24 Sentyabr 2020 , Cümə axşamı
Ana səhifə / Rəhbərlik

Rəhbərlik

      Hacı Əmi Hacı oğlu Atakişiyev

rehberlik228 fevral 1951-ci il tarixində Bakı şəhərində doğulmuşdur. 1968-ci ildə 156 saylı orta məktəbi bitirmiş və elə həmin il Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur.

Tələbəlik dövründə “Tələbə konstruktor bürosu”nun yaradıcılarından biri olmuş, ilk dəfə “İçəri Şəhər” 48-49-cu məhəllələrinin regenerasiya planlarını hazırlamış və Azərbaycanın tarixi-memarlıq abidələrini araşdırmışdır. 1976-cı ildə bu fəaliyyəti Azərbaycanın Komsomol mükafatı ilə təltif olunmuşdur.

1974-cü ildə, institutu bitirdikdən sonra, “Bakıhidrolayihə institutunda çalışmış, Şamxor və Sərsənk su elektrik stansiyalarının layihələndirilməsində iştirak etmişdir.

1975-ci ildən Bakı şəhər Komitəsinin “İçəri Şəhər” müdiriyyətində çalışmış və memar heyətilə birlikdə İçəri Şəhərin “Baş planı”nı hazırlamışdır. 1978-ci ildə Azərbaycan İnşaat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1980-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində “Muzeybədiilayihə”nin Qarabağ, Naxçıvan üzrə tarixi ölkəşünaslıq muzeylərinin yaradılmasında yaradıcı studiyanın rəhbəri olmuşdur.

1984-1999-cu illər arası Bakı Şəhər İcra Hakimiyyətində, Şəhər tərtibatı dizayn İdarəsinin rəisi, Bakı şəhər Baş memarının müavini, Bakı şəhərinin baş rəssamı və “Reklam-informasiya” Departamentinin sədri vəzifələrində çalışmışdır.

1992-1999-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin rəisi olmuşdur.

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dizayn” kafedrasının dosenti vəzifəsində çalışmışdır.

1995-ci ildə “Azərbaycan Reklamçılar İttifaqı”nın təsisçilərindən biri, eyni zamanda, ittifaqın prezidenti olmuşdur. Hazırda “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin İdarə Heyətinin sədridir.

Hacı Əmi Hacı oğlu Atakişiyevin nailiyyətləri:

➣ Beynəlxalq Şərq Memarlar Akademiyasının müxbir üzvü;

➣ Beynəlxalq Eko-enerji Akademiyasının doktoru, professoru;

➣ Beynəlxalq Reklamçılar Assosiasiyasının Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru;

➣ Moskva Memarlar İttifaqının üzvü;

➣ Azərbaycan Rəssamlar İttifaqının üzvü;

➣ Azərbaycan Jurnalistlər İttifaqının üzvü.

Ərsəyə gətirdiyi layihələr:

➣ İpək yolu üzərində müasir şəhərsalma və alternativ baş ticarət yolunun konseptual layihəsi;

➣ Abşeron yarımadası ətrafında batmış yaşayış məskənlərinin axtarışı və qurulma layihələri (ən öncəsi Bakı amfibiyası);

➣ Əli Bayramlı şəhərində Heydər Əliyev üçün ucaldılmış heykəl-abidə və muzey kompleksi;

➣ Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Qala arxeoloji və etnoqrafik muzey” kompleksinin layihəsində memarlıq-planlaşdırma və dizayn işlərinin müəllifi və icraçısı və s.

Müəllifi olduğu kitab və jurnallar:

➣ “Reklam işi” – Bakı, 1997-ci il;

➣ “Şəhər mühiti və reklam” – Bakı, 2004-cü il;

➣ “Memar Hacıəmi Əcəmi”– Bakı, 2011-ci;

➣ “Şəhər mədəniyyəti, turizm və reklam” jurnalı – Bakı, 2012-ci il;

➣ “Reklamın tarixi, tarixin reklamı” – Bakı, 2014-cü il;

➣ “Kainat və İnsan” – Bakı, 2015-ci il;

➣ “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu” (sənədlər toplusu) – Bakı, 2015-ci il