Ana səhifə / ARİ İB

ARİ İB

Baş sağlığı

Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində dünyasını dəyişib. Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. …

Ətraflı oxu »

Abşerona məhəbbətlə – Görkəmli memar-etnoqraf Hacıəmi Atakişiyevin xatirəsinə həsr olunur

Elə adamlar var ki, sağlığında ölməzlik qazanır, işıqlı əməlləri ilə xalqının əzizinə çevrilirlər. Çağdaş milli mədəniyyətimizdə özünəməxsus iz salmış memar-etnoqraf Hacıəmi Atakişiyev (1951-2019) də belə insanlardan idi. Doğma Azərbaycana ölçüyəgəlməz məhəbbəti onu hamının hörmət və ehtiram qaynağına çevirmişdi. Bütün həyatını doğma yurdun bənzərsiz mənəvi dəyərlərinin öyrənilməsinə və təbliğinə həsr edən …

Ətraflı oxu »

Reklamçılar İttifaqının prezidenti Hacı Əmi Atakişiyev vəfat etdi- VİDEO

Reklam işinin memarı Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacı Əmi Atakişiyev 68 yaşında böyrək çatışmazlığından vəfat edib. Kim idi Hacəmi Atakişiyev? İxtisasca memar, ruhən də yaradıcı bir insan. Şəxsən mən onu illər qabaq İordaniyaya səfərimdən tanımışdım. Petranın sarı- narıcı hər cür rəngə çalan qayalıqlarına heyranlıqla uzun-uzadı hamıdan çox o tamaşa edərdi. …

Ətraflı oxu »

Reklamçılar İttifaqının prezidenti vəfat edib – Foto

Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacı Əmi Atakişiyev vəfat edib. Reyting.az xəbər verir ki, o, 12 iyulda, axşam saat 21 radələrində dünyasını dəyişib. Professor Hacı Əmi Hacı oğlu Atakişiyev 13 iyulda saat 12-də Bakı şəhəri, Şüvəlan qəsəbəsində vida mərasimi keçiriləcək. 3 mərasimi də 14 iyul tarixində ata yurdu olan Şüvəlan qəsəbəsində, …

Ətraflı oxu »

Dövlət Reklam Agentliyinin direktoru: “Apteklər istəyirlər ki, hər tərəfə reklam vursunlar, ancaq rüsum ödəməsinlər” – MÜSAHİBƏ

Azərbaycan Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadovun Trend İnformasiya Agentliyinə müsahibəsi: – Aydın müəllim, bu gün Azərbaycanda açıq məkanda reklam mühitini necə dəyərləndirirsiniz? Qənaətbəxş hesab etmək olar, yoxsa hələ müəyyən işlər görülməlidir? – Əlbəttə, reklam sahəsində hələ işlər görülməlidir. Dövlət Reklam Agentliyi iki ilə yaxındır ki, fəaliyyət göstərir və bu …

Ətraflı oxu »

Yeni reklam qurğularının hansı üstünlükləri var?

Ekspertlər hesab edir ki, bu qurğular reklam bazarındakı rəqabəti daha da artıracaq Şirkətlər öz məhsulunu və ya göstərdiyi xidmətləri müştərilərinə müxtəlif formalarda təqdim edirlər. Bunlar arasında öz tarixinə görə ən qədim və daha effektiv olanı isə reklamdır. Çünki reklam insanların düşüncəsinə ən çox təsir edən məlumatlandırma vasitəsidir. Texnologiyanın inkişaf etdiyi …

Ətraflı oxu »

Hacı Əmi Atakişiyev: ”Sahibkarlıq subyektləri onlara dəyən ziyanın qarşılanması üçün huquqlarını tələb etməkdə acizdirlər”

Reklam-Reklam-Reklam Reklam hələ dünyanın Daş dövründən bu günə qədər davam edir. Qədim Yunanıstanda bu termin “qışqırmaq” mənasında səsləndirilmişdir. Darğalar küçələrdə məhsul və ya sosial-siyasi problemlər üzrə məlumatları qışqıra-qışqıra yayıblar. Bu da sonradan “reklam” adlanıb. XIV-XV əsrdən mətbəə işinin yaranması yeni bir reklam terminologiyası olaraq “advertising”i yaradıb. Yəni reklamların operativ olaraq …

Ətraflı oxu »